Səudiyya Ərəbistanında korrupsiya işi üzrə saxlanılanlar buraxılıb

Səudiyya Ərəbistanında korrupsiya işi üzrə saxlanılanlar buraxılıb
# 30 yanvar 2018 09:20 (UTC +04:00)

Korrupsiya şübhəsi ilə iki aydır ki Ər-Riyaddakı beşulduzlu “Ritz Carlton” otelində saxlanılan bütün yüksək rütbəli Səudiyyə rəsmiləri və iş adamları oteli tərk ediblər.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV məlumat yayıb. Bildirilir ki, artıq oteldə korrupsiya işi üzrə saxlanılan kimsə qalmayıb.

Qeyd edək ki, ötən ilin noyabr ayında Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və 4 nazirin (ümumilikdə 40 nəfər) saxlanılmasına dair qərar qəbul edib. Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi kralın fərmanı ilə noyabrın 4-də yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR