Dövlət başçısı Şri-Lanka prezidentini təbrik edib

Dövlət başçısı Şri-Lanka prezidentini təbrik edib
# 03 fevral 2017 15:15 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti Maytripala Sirisenanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR