Avropa Birliyi İrana tətbiq etdiyi sanksiyaları aradan qaldıracaq

Avropa Birliyi İrana tətbiq etdiyi sanksiyaları aradan qaldıracaq
# 25 noyabr 2013 14:23 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa Birliyi İrana tətbiq etdiyi sanksiyaları aradan qaldıracaq.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Fransanın xarici işlər naziri Loran Fabius bildirib.

Onun sözlərinə görə, bununla bağlı Avropa Birliyi xarici işlər nazirlərinin toplantısı keçiriləcək. L.Fabius İrana qarşı sanksiyaların məhdud çərçivədə və geriyə tətbiqi mümkün ola biləcək şəkildə aradan qaldırılacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR