Yunanıstanda son 45 ildə ilk dəfə deflyasiya qeydə alınıb

Yunanıstanda son 45 ildə ilk dəfə deflyasiya qeydə alınıb
# 10 aprel 2013 08:37 (UTC +04:00)

Bakı – APA-Economics. Mart ayında Yunanıstanda son 45 ildə ilk dəfə olaraq inflyasiya deyil, deflyasiya qeydə alınıb. «APA-Economics»in məlumatına görə, Yunanıstan Statistika Agentliyinin açıqladığı hesabata əsasən, martda ölkədə istehlak qiymətləri ötən ilin martına nisbətən 0,2% azalıb. Qiymətlərin aşağı düşməsi Yunanıstanda 1968-ci ildən sonra ilk dəfədir ki, baş verir.

Avropa Bankının eksperti Platon Monokroussos bildirib ki, deflyasiya prosesi 2013-cü ilin sonunadək davam edəcək ki, bu da istehlakçıların ağır vəziyyətini bir qədər yüngülləşdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR