Azərbaycan XİN: “Azərbaycan dövləti həmişə həm öz vətəndaşlarının , həm də ölkədəki əcnəbilərin təhlükəsizliyinin keşiyindədir” - YENİLƏNİB

Azərbaycan XİN: “Azərbaycan dövləti həmişə həm  öz vətəndaşlarının , həm də ölkədəki əcnəbilərin təhlükəsizliyinin keşiyindədir” - <font color=red>YENİLƏNİB</font>
# 16 may 2012 09:14 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva, Hafiz Heydərov-APA. ABŞ-ın Azərbaycandakı səfirliyi öz vətəndaşlarını “Eurovision-2012” mahnı müsabiqəsindəki kütləvi tədbirlərdə iştirak edərkən sayıq olmağa çağırıb. APA-nın məlumatına görə, müvafiq xəbərdarlıq bu gün səfirliyin saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, səfirliyin ABŞ vətəndaşlarına ilin əvvəlində etdiyi xəbərdarlıq qüvvədə qalır.

Xəbərdarlıqda qeyd olunub: “Bakıda keçiriləcək “Eurovision-2012” fonunda Azərbaycandakı ABŞ vətəndaşları kütləvi tədbirlərdə iştirak edərkən xüsusi sayıqlıq nümayiş etdirməlidir. Vətəndaşlarımız daim ətrafda baş verən hadisələri izləməli və öz şəxsi təhlükəsizliklərini düşünməlidirlər”.

ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı xəbərdarlığa münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev APA-ya deyib ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir: “Azərbaycan dövləti həmişə həm öz vətəndaşlarının , həm də ölkədəki əcnəbilərin təhlükəsizliyinin keşiyindədir. Bakıya və ölkənin regionlarına gələn turistlərin təhlükəsizliyi həmişə ən yüksək səviyyədə təmin olunur”.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi də ABŞ-ın ölkəmizdəki səfirliyinin öz vətəndaşlarını “Eurovision-2012” mahnı müsabiqəsindəki kütləvi tədbirlərdə iştirak edərkən sayıq olmaları ilə bağlı çağırışına münasibət bildirib. Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-ya açıqlamasında bildirib ki, Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR