Gürcüstanda SES-də qəza olub, elektrik enerjisinin təminatında problem yaranıb

Gürcüstanda SES-də qəza olub, elektrik enerjisinin təminatında problem yaranıb
# 24 may 2018 20:47 (UTC +04:00)

Gürcüstanda paytaxt Tbilisinin bir hissəsi və bölgələrdə elektrik enerjisinin təminatında problem yaranıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, buna “İnquri” SES-də baş vermiş texniki qəza səbəb olub. Stansiyada qəza trubinlərin birində yaranıb. Problemin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

“Gürcüstan Dövlət Elektrosistemi” SC-dən bildirilib ki, Tbilisinin elektrik enerjisi ilə təminatında yaranmış problem aradan qaldırılıb. Bölgələrin elektrik enerjisi ilə tam təminatının sistemdəki ehtiyat və idxal hesabına tədricən bərpa olunacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR