Bank Of Baku

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada “Poyi-Kalon” kompleksi ilə tanış olub

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 24 avqust 2026 16:46 (UTC +04:00)

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Poyi-Kalon” kompleksi ilə tanış olublar.

Bu barədə APA-nın Özbəkistana ezam olunmuş əməkdaşı xəbər verir.

Bu kompleksin adı “Böyüyün ətəyində” mənasını verir. Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub.

Kalon məscidi Buxaranın ən böyük məscididir. XVI əsrdə inşa olunan məsciddə eyni anda 12 min insanın ibadət etməsi mümkündür.

Kompleksdəki Mir-i Ərəb mədrəsəsi dini təhsil müəssisəsidir. Mədrəsə XVI əsrdə Abdullah Yəməni - Mir-i Ərəb tərəfindən inşa etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR