Bank Of Baku

Prezident: BMT qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb, Azərbaycan suverenliyini özü tam bərpa edib

Prezident: BMT qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb, Azərbaycan suverenliyini özü tam bərpa edib
# 01 sentyabr 2026 14:11 (UTC +04:00)

"1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi 30 il sonra, üç il əvvəl icra edilib".

APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

"Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni quru nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq. Lakin təəssüf ki, BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü özü tam şəkildə bərpa edib”, - dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR