İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyası keçirilib.
Bu barədə APA-nın Londona ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.
***
19:26
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasında iştirak edir.
Bu barədə APA-nın Londona ezam olunmuş əməkdaşı xəbər verir.
***
14.51
İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilib.
APA-nın Londona ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Plenar sessiya başa çatandan sonra iştirakçılar birgə foto çəkdiriblər.
***
14:06
Bu dəqiqələrdə Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.
Bu barədə APA-nın Londona ezam olunmuş əməkdaşı xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.