Bank Of Baku

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondundan sentyabrın 1-dək sahibkarlara 63 mln. manat güzəştli kredit ayrılıb

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondundan sentyabrın 1-dək sahibkarlara 63 mln. manat güzəştli kredit ayrılıb
# 05 sentyabr 2008 10:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən bu ilin sentyabr ayının 1-dək müvəkkil kredit təşkilatları vasitəsilə 52 şəhər və rayonu üzrə 556 sahibkarlıq subyektinə 63,1 mln. manat məbləğində güzəştli kredit verilib.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ayrılmış kreditlər əsasən sənaye məhsulları istehsalı (104 layihə), kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kəndli fermer təsərrüfatlarının inkişafı (400 layihə), turizm infrastrukturunun inkişafı (29 layihə), xidmət sahələri (22 layihə) və s. layihələrin maliyyələşdirilməsinə sərf olunacaq.
Maliyyələşdirilmiş layihələrin 78%-dən çoxu respublikanın regionlarının payına düşür. Bu layihələrin 86%-i istehsal və emal yönümlüdür.
Bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 6,7 mindən çox yeni iş yerinin yaradılacağı gözlənilir.
Qeyd edək ki, Fonda ayrılan vəsaitin güzəştli kredit şəklində sahibkarlıq subyektlərinə verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı tərəfindən həyata keçirilir. Bu il üçün dövlət büdcəsində SKMF-ya güzəştli kreditlərin verilməsi məqsədilə 80 mln. manat (o cümlədən, 6 mln. manat Naxçıvan MR üçün) ayrılması nəzərdə tutulub, artıq bu vəsaitin 63,8 mln. manatı Fondun xəzinə hesabına köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR