Bank Of Baku

Azərbaycanda reklam köşklərinin istehsalına başlanacaq

Azərbaycanda reklam köşklərinin istehsalına başlanacaq
# 09 sentyabr 2008 10:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanın «Kür» Elektron Avadanlıqları Müəssisəsi ölkədə ilk dəfə reklam köşklərinin istehsalına başlamağa hazırlaşır.
«Kür»dən «APA-Economics»ə verilən məlumata görə, reklam üçün nəzərdə tutulan bu köşklər həm yerdə, həm də asılqan kimi quraşdırıla bilər. Köşkün istehsalı üçün detalların xarici ölkələrdən gətirilməsi planlaşdırılır. Artıq nümunə üçün iki köşk istehsal edilib.
«Kür»dən bildirilib ki, artıq AMAY Ticarət Mərkəzi, , «McDonald’s» şəbəkəsi kimi obyektlər reklam köşklərinə maraq göstərir. Köşkün satış qiymətinin isə 3-4 min ABŞ dolları olacağı gözlənilir.
Qeyd edək ki, «Kür» 2005-ci ildə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və «SİNAM» şirkəti tərəfindən yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR