Bank Of Baku

Heydər Babayev: “Dünya Bankı Azərbaycanı «Ən islahatçı ölkə» elan edib” - EKSKLÜZİV

Heydər Babayev: “Dünya Bankı Azərbaycanı «Ən islahatçı ölkə» elan edib” - <font color=red>EKSKLÜZİV </font>
# 10 sentyabr 2008 03:00 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il hazırlanan «Doing Business» reytinqinin 2009-cu il üçün hesabatı bu gün beynəlxalq ictimaiyyət üçün açıqlanıb. Bu beynəlxalq maliyyə təşkilatlarının Vaşinqtonda yerləşən baş ofisi tərəfindən açıqlanmış ilkin məlumatda Azərbaycan dünya dövlətləri sırasında biznesin aparılması sahəsində ən uğurlu nəticələrə nail olmuş ölkə kimi qiymətləndirilir. Hesabatın hazırlandığı 10 əsas qiymətləndirmə istiqamətlərindən 7-si üzrə Azərbaycan əhəmiyyətli artıma nail olub və ötən ilin yekunları əsasında hazırlanmış «Doing Business-2008» hesabatı ilə müqayisədə «Doing Business-2009»da mövqelərini digər dövlətlərə nisbətən görünməmiş templərlə yaxşılaşdırıb. Bu hesabat haqqında daha ətraflı məlumat almaq və ölkəmizin reytinqinin yüksəlməsinin gözlənilən effektini şərh etmək məqsədi ilə «APA-Economics» iqtisadi inkişaf naziri Heydər Babayevə müraciət edib.

- Cənab nazir, «Doing Business-2009» hesabatı Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yenicə açıqlanıb. İlkin məlumatlara görə, Azərbaycan biznesin aparılması sahəsində 10 mövcud qiymətləndirmə parametrindən 7-si üzrə ötən ilə nisbətən mövqeyini yaxşılaşdırıb. Nəticədə, ölkəmiz islahatçı dövlətlərin lideri adlandırılıb. Azərbaycan prezidentinin tapşırığı ilə İqtisadi İnkişaf Nazirliyi ölkənin reytinqlərinin artırılması prosesinin əsas əlaqələndiricisi kimi müəyyənləşdirildiyinə görə, bu son nailiyyətli daha ətraflı şərh etməyinizi istərdik.

- Öncə, hər bir Azərbaycan vətəndaşını, həmçinin bu sevindirici xəbəri ictimaiyyətə çatdıran ilk kütləvi informasiya vasitələrindən birinin nümayəndəsi kimi Sizi bu mühüm nailiyyət münasibətilə təbrik edirəm. Əslində, bu ilin nəticələri əsasında hazırlanmış «Doing Business-2009» hesabatında Azərbaycanın müsbət nailiyyətlər qazanacağına inanırdıq. Lakin digər dövlətlərin göstəricilərinin müqayisəsi əsasında biznesin aparılması üzrə 10 parametr əsasında aparılan qiymətləndirmənin sonunda Azərbaycanın islahatçı ölkələr sırasında şəksiz lider olması bizim üçün çox əhəmiyyətli xəbər oldu. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı «Doing Business» hesabatı bu sahədə beynəlxalq aləmdə ən nüfuzlu qiymətləndirmə kimi qəbul olunduğuna görə, bu nailiyyətin əhəmiyyəti bizim üçün olduqca yüksəkdir.
Xatırlayırsınızsa, 2007-ci ilin fevral ayında Azərbaycan prezidenti İlham Əliyev Bakıya səfərə gələn «Doing Business» hesabatının müəlliflərinin rəhbəri Semeon Djankovu qəbul edib və bu görüşdən sonra qeyd olunan hesabatda Azərbaycanın reytinqinin yaxşılaşdırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına müvafiq göstərişlər verib, İqtisadi İnkişaf Nazirliyi isə bu tapşırıqların əsas icraçısı və əlaqələndiricisi kimi müəyyənləşdirilib.
İlk dəfə 2004-cü ildə hazırlanan bu hesabat 5 göstəricini əhatə edirdisə, artıq 2005-ci ildə hesabata iki göstərici, 2006-cı ildə daha üç göstərici əlavə edilib. Bu göstəricilər dünya ölkələri üzrə biznes mühitinin təhlili və bu sahədə islahatların gedişinin qiymətləndirilməsi məqsədilə müqayisəli şəkildə təhlil olunur. Həmçinin, əhatə olunan ölkələrin sayı da ilbəil genişlənir. Belə ki, əgər ötən ilki reytinq 178 ölkə üzrə hazırlanmışdırsa, bu dəfə qiymətləndirmə 181 ölkə üzrə aparılıb.
Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə görülən kompleks tədbirlər Azərbaycan prezidentinin tapşırığı ilə ötən ilki reytinqdən sonra daha da sürətləndirilib. Nəticədə, «Doing Business-2008» hesabatında 178 ölkə arasında 96-cı yerdə qərarlaşan Azərbaycan yeni analoji hesabatda 181 ölkə sırasında 33-cü pilləyə yüksəlib. Bu artım tempinə görə ölkəmiz hesabatın əhatə etdiyi bütün dövlətləri geridə qoyub. Hətta onu da vurğulamaq lazımdır ki, «Doing Business» hesabatları hazırlanan ötən illər ərzində analoji sıçrayışlı yüksəliş heç vaxt qeydə alınmayıb.

- Ümumiyyətlə «Doing Business-2009» hesabatında Azərbaycan hansı parametrlər üzrə irəliləyişə nail olub və qeyd etdiyiniz əhəmiyyətli artım nə ilə əsaslandırılır?

- İlk növbədə qeyd etmək istəyirəm ki, bu əhəmiyyətli artıma dövlət başçısının yeritdiyi iqtisadi siyasət nəticəsində nail olunub. Belə ki, tarixən iqtisadiyyatı neft-qaz sektoruna əsaslanan Azərbaycanda hazırda qeyri-neft sahələrinin inkişafına xüsusi diqqət yetirilir. Son illər ölkə başçısının fərman və sərəncamları, qəbul olunmuş qanun və qərarlar da məhz qeyri-neft sektorunun inkişafına yönəldilib. Bütün bu addımlar son nəticədə milli iqtisadiyyatın neft sektorundan asılılığının minimallaşdırılması və özəl sektorun inkişafının sürətləndirilməsinə yönəldilib. Artıq bu gün qeyri-dövlət bölməsinin ÜDM-dəki payı 84%-ə çatıb, cari ilin sonunadək isə bu göstəricinin daha da artacağı gözlənilir.
Qeyd edim ki, Azərbaycan hesabatdakı 10 parametrdən 7-də ciddi irəliləyişə nail olub və bu çox böyük müvəffəqiyyətdir (bax cədvəl №1 – Dünya Bankı).

Cədvəl №1.

Göstəricilər


DB-2008


DB-2009


Doing Business (ümumi)


96


33

Biznesə başlama

64

13

Tikinti üçün icazələrin verilməsi

159

155

İşə qəbul və işdən azad etmə

80

15

Əmlakın qeydiyyatı

56

9

Kreditlərin alınması

26

12

İnvestorların maraqlarının qorunması

107

18

Vergilərin ödənişi

141

102

İdxal-ixrac əməliyyatları

173

174

Müqavilələrin icrasının təmin edilməsi

30

26

Biznesin bağlanması

75

81



Bununla yanaşı, hesabatın “Tikinti üçün icazələrin verilməsi” göstəricisinin daha da yaxşılaşdırılması üzrə işlər davam etdirilir. Artıq Azərbaycan hökuməti bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılması istiqamətində ciddi iş aparır və hesab edirəm ki, növbəti ilin hesabatında ölkəmizin bu parametr üzrə də əhəmiyyətli yüksəlişinin şahidi olacağıq. Belə ki, İqtisadi İnkişaf və Fövqəladə Hallar nazirlikləri birlikdə «Tikinti və yenidənqurma işlərinə icazə verilməsi və tikintisi başa çatmış obyekt və qurğuların istismara qəbul edilməsi Qaydaları»nın layihəsini hazırlayıb. Bu sənəd digər dövlət qurumları ilə razılaşdırılaraq aidiyyəti üzrə təqdim olunub. Məlumat üçün bildirim ki, bu qaydalar təsdiqini tapandan sonra respublikada tikinti işlərinə icazənin verilməsi və tikintisi başa çatmış obyekt və qurğuların istismara qəbul edilməsi prosedurlarının sayı 31-dən 12-yə enəcək, tələb olunan vaxt isə 207 gündən 124-dək azalacaq.
Bununla yanaşı, qeyd etmək istəyirəm ki, keçən il hazırlanmış hesabatda Azərbaycan biznes mühitinin əlverişliliyi üzrə 178 ölkə arasında 96-cı yeri tutanda, MDB ölkələrindən Tacikistan 153-cü, Ukrayna 139-cu, Belarus 110-cu, Rusiya 106-cı, Moldova 92-ci, Ermənistan 39-cu, Gürcüstan isə 18-ci yerdə qərarlaşmışdı. Aparılan islahatlar, görülən işlər nəticəsində Azərbaycanın «Ən islahatçı ölkə» elan edilməsi görülən işlərin ən obyektiv qiymətləndirilməsi kimi qəbul olunur. Nəticədə, Azərbaycan bir çox postsovet ölkəsini, o cümlədən Rusiya, Ukrayna, Qazaxıstan, Ermənistan və s., hətta əksər inkişaf etmiş ölkələri də geridə qoyub (bax cədvəl №2 – Dünya Bankı).
Ölkəmizin irəliləyişlərə nail olduğu parametrlərə isə «Biznesə başlama», «İşə qəbul və işdən azad etmə», «Əmlakın qeydiyyatı», «Kreditlərin alınması», «İnvestorların maraqlarının qorunması», «Vergilərin ödənişi» və «Müqavilələrin icrasının təmin edilməsi» aiddir. Reytinqdə qeydə alınmış yüksəliş tempinin (63 pillə! - APA) isə indiyədək analoqu olmayıb.

- Ayrı-ayrı parametrlər üzrə konkret hansı tədbirlərin görülməsi bu nailiyyətlərin əldə olunmasına şərait yaradıb?

- Elə başlayaq ilk parametrdən – «Biznesə başlama»dan. Bu bölmədə biznesə başlamaq üçün tələb olunan prosedurlar, vaxt və maliyyə məsrəfləri nəzərdən keçirilir. Ölkəmizdə biznesə başlamaq üçün tələb olunan prosedurların sadələşdirilməsi və onların keçməsi üçün tələb olunan müddətlərin azaldılması məqsədi ilə dövlət başçısının «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» 2007-ci il 30 aprel tarixli fərmanı ilə ölkəmizdə sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının «bir pəncərə» prinsipinə uyğun təşkili ilə bağlı təkliflərin hazırlanmasına dair Nazirlər Kabinetinə tapşırıqlar verilib. Fərmanın icrasını təmin etmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə Ədliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Statistika Komitəsinin nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb. Beynəlxalq Maliyyə Korporasiyasının cəlb olunmuş ekspertlərinin dəstəyi ilə bu sahədə dünya təcrübəsi öyrənilib və müvafiq təkliflər hazırlanıb. Nəticədə, Azərbaycan prezidentinin həmin ilin oktyabrın 25-də imzaladığı sərəncamla 2008-ci ilin yanvar ayının 1-dən etibarən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatında «bir pəncərə» prinsipinin tətbiqinə başlanılıb, vahid qeydiyyat orqanı kimi isə Vergilər Nazirliyi müəyyən edilib. Nəticədə, artıq Azərbaycanda biznesə başlamaq üçün 3 gün ərzində dövlət qeydiyyatından keçmək mümkündür. Eyni zamanda, bu proses çərçivəsində ümumi proseduraların sayı da xeyli azaldılıb və 13-dən 6-ya çatdırılıb. Məhz bu yeniliyin real effektidir ki, artıq cari ilin əvvəlindən ötən müddətdə Azərbaycanda hüquqi şəxs qismində qeydiyyata alınmış sahibkarlıq subyektlərinin sayı əvvəlki ilin eyni dövri ilə müqayisədə 40% artıb. Həmçinin vurğulamaq istərdim ki, «bir pəncərə» prinsipinin tətbiqinin müddətinə görə də Azərbaycan dünya lideri sayıla bilər. Belə ki, əgər əksər dövlətlərdə bu sistemin tətbiqinə orta hesabla 8-12 ay vaxt sərf olunursa, biz buna iki aya nail olduq – hazırlıq işləri faktiki olaraq ötən ilin noyabr-dekabr ayları ərzində aparılıb.
Bu sahədə görülən işlərdən əldə olunan effekt hesabına ölkəmiz «Vergilərin ödənişi» bölməsi üzrə də mövqeyini xeyli yaxşılaşdırıb. Buna əlavə olaraq vergilərin ödənilməsi sistemində aparılan sadələşdirmə, vergi inzibatçılığının gücləndirilməsi, elektron ödənişlərin tətbiqi və s. tədbirlər real bəhrəsini verib.

- Ən yüksək əhəmiyyətli irəliləyiş isə «İnvestorların maraqlarının qorunması» üzrə qeydə alınıb. Bunun əsasları nə ilə bağlıdır?

- Düzdür, bu kateqoriya üzrə Azərbaycan əvvəlki ilə nisbətən 107-ci yerdən 18-ci yerə yüksəlib. Həmin bölmədə verilmiş göstəricilər investorların maraqlarının qorunması dərəcəsini üç baxımdan əks etdirir: əməliyyatların şəffaflığı (aşkarlıq indeksinin əhatə sferası), səlahiyyətdən şəxsi məqsədlər üçün istifadəyə meyllilik (direktorun məsuliyyəti indeksinin əhatə sferası), direktorların və menecerlərin vəzifə davranışına görə təqib olunması üzrə səhmdarların imkanı (səhmdarların iddia qaldırması imkanı indeksi) və investorların maraqlarının qorunması dərəcəsi indeksi. Bu göstəricini yaxşılaşdırmaq üçün İqtisadi İnkişaf Nazirliyi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə müvafiq təkliflər hazırlayaraq Milli Məclisə təqdim edib. Bu təkliflər əsasında cari ilin may ayında Mülki Məcəlləyə əlavə və dəyişikliklər edildi və onların əsas məqsədi hüquqi şəxsin idarəetmə orqanının etdiyi hərəkətlərə və idarəetmədə yol verə biləcəyi səhvlərə görə investor və səhmdarlar qarşısında məsuliyyətinin müəyyən olunması və açıq səhmdar cəmiyyətinə aidiyyəti olan şəxs ilə həmin cəmiyyət arasında əqdlərin, razılaşmaların bağlanılması və belə əqdlər barədə məlumatın açıqlanması qaydalarının müəyyən edilməsidir.
Qeyd etmək istərdim ki, Azərbaycan ən yüksək reytinqi «Əmlakın qeydiyyatı» kateqoriyası üzrə qazanıb və 56-cı yerdən 9-cu yerədək irəliləyib. Bu bölmə şirkətlərin əmlak hüquqlarının təmin edilməsinin asanlığını göstərir və burada əmlakın qeydiyyata alınması üçün mövcud proseduraların sayı, sərf olunan maliyyə xərcləri və vaxt əksini tapıb. Həmin istiqamətdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ilə birgə Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sisteminin təkmilləşdirilməsi ilə bağlı görülmüş işlər nəticəsində qeydiyyat üçün tələb olunan proseduralar sadələşdirilib, bu proseduralara tələb olunan müddət azaldılıb.
Bununla yanaşı, Azərbaycan Milli Bankı tərəfindən görülən işlər hesabına ölkədə kredit informasiyasına əlyetərlilik dərəcəsinin artırılması nəticəsində «Kreditlərin alınması» kateqoriyası üzrə ölkəmiz 12-ci yerdə qərarlaşıb. Bu bölmədə kreditləşmənin informasiyası bazasında şəffaflıq və buna çıxış dərəcəsi, habelə borcverənlə borcalanın hüquqlarının qorunması aspektləri göstərilib.

- Cənab nazir, növbəti illərdə tərtib olunacaq «Doing Business» hesabatlarından nə gözləyirsiniz?

- Bir daha qeyd edim ki, Azərbaycan prezidentinin müəyyənləşdirdiyi iqtisadi kursun əsasını qeyri-neft sektorunun, xüsusən də sahibkarlığın inkişafı təşkil edir. Bu istiqamətdə inamla davam etdirilən islahatlar Azərbaycanın daha böyük nailiyyətlərə imza atacağına möhkəm zəmin yaradıb. Hələ bir çox islahatlar və tədbirlər hazırlanma mərhələsindədir. Əminliklə deyə bilərəm ki, «Doing Business-2010» hesabatında da Azərbaycanın mövqeyinin daha da yaxşılaşacağının şahidi olacağıq.

Cədvəl №2.

Ölkələr


2009


2008


Singapore

1

1

New Zeland

2

2

United States

3

3

Hong Kong, China

4

4

Denmark

5

5

United Kingdom

6

6

Ireland

7

7

Canada

8

8

Australia

9

10

Norway

10

9

Iceland

11

11

Japan

12

12

Thailand

13

19

Finland

14

13

Georgia

15

21

Saudi Araba

16

24

Sweden

17

14

Bahrain

18

17

Belgium

19

16

Malaysia

20

25

Switzerland

21

15

Estonia

22

18

Korea

23

22

Mauritius

24

29

Germany

25

20

Netherlands

26

27

Austria

27

23

Lithuania

28

28

Latvia

29

26

Israel

30

30

France

31

32

South Africa

32

35

AZERBAIJAN

33

97

St. Lucia

34

33

Puerto Rico

35

31

Slovakia

36

37

Qatar

37

38

Botswana

38

52

Fiji

39

34

Chile

40

36

Hunqary

41

50

Antigua and Barbuda

42

40

Tonga

43

39

Armenia

44

41

Bulgaria

45

44

United Arab Emirates

46

54

Romania

47

47

Portugal

48

43

Spain

49

46

Luxembourg

50

45

Namibia

51

48

Kuwait

52

49

Colombia

53

66

Slovenia

54

64

Bahamas. The

55

51

Mexico

56

42

Oman

57

57

Mongolia

58

55

Turkey

59

60

Vanuatu

60

67

Taiwan, China

61

58

Peru

62

53

Jamaica

63

62

Samoa

64

56

Italy

65

59

St. Vincent and the Grenadines

66

61

St. Kitts and Nevis

67

63

Kyrgyz Republic

68

99

Maldives

69

68

Kazakhstan

70

80

Macedonia, former Yugoslav Republic of

71

79

El Salvador

72

77

Tunisia

73

81

Dominica

74

70

Czech Republic

75

65

Poland

76

72

Pakistan

77

74

Belize

78

69

Kiribati

79

75

Trinidad and Tobago

80

71

Panama

81

76

Kenya

82

78

China

83

90

Grenada

84

73

Belarus

85

115

Albania

86

135

Ghana

87

82

Brunei

88

83

Solomon Islands

89

85

Montenegro

90

84

Palau

91

88

Vietnam

92

87

Marshall Islands

93

86

Serbia

94

91

Papua New Guinea

95

89

Greece

96

106

Dominican Republlic

97

110

Yemen

98

123

Lebanon

99

98

Zambia

100

101

Jordan

101

94

Sri Lanka

102

103

Moldova

103

92

Seychelles

104

93

Guyana

105

95

Croatia

106

107

Nicaragua

107

96

Swaziland

108

100

Uruguay

109

113

Bangladesh

110

104

Uganda

111

105

Guatemala

112

116

Argentina

113

102

Egypt

114

125

Paraguay

115

108

Ethiopia

116

109

Costa Rica

117

118

Nigeria

118

114

Bosnia and Herzegovina

119

117

Russian Federation

120

112

Nepal

121

111

India

122

120

Lesotho

123

119

Bhutan

124

122

Brazil

125

126

Micronesia

126

121

Tanzania

127

124

Morocco

128

129

Indonesia

129

127

Gambia, The

130

128

West Bank and Gaza

131

132

Algeria

132

130

Honduras

133

134

Malawi

134

131

Cambodia

135

150

Ecuador

136

133

Syria

137

140

Uzbekistan

138

145

Rwanda

139

148

Phillipines

140

136

Mozambique

141

139

Iran

142

138

Cape Verde

143

137

Madagascar

144

151

Ukraine

145

144

Suriname

146

141

Sudan

147

142

Burkina Faso

148

164

Senegal

149

168

Bolivia

150

149

Gabon

151

143

Iraq

152

146

Djibouti

153

153

Haiti

154

147

Comoros

155

152

Sierra Leone

156

163

Liberia

157

167

Zimbabwe

158

154

Tajikistan

159

156

Mauritania

160

166

Cote d’lvoire

161

155

Afghanistan

162

161

Togo

163

159

Cameroon

164

158

Lao PDR

165

162

Mali

166

160

Equatorial Guinea

167

165

Angola

168

169

Benin

169

157

Timor-Leste

170

170

Guinea

171

172

Niger

172

171

Eritrea

173

173

Venezuela

174

175

Chad

175

176

Sao Tome and Principe

176

177

Burundi

177

174

Congo, Rep.

178

178

Guinea-Bissau

179

179

Central African Republic

180

180

Congo, Dem. Rep.

181

181

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR