Bank Of Baku

Svetlana Baqauddinova: «Azərbaycan xarici ticarətin aparılması və tikintiyə icazənin verilməsi sahələrində islahatlar aparmalıdır»

Svetlana Baqauddinova: «Azərbaycan xarici ticarətin aparılması və tikintiyə icazənin verilməsi sahələrində islahatlar aparmalıdır»
# 10 sentyabr 2008 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) Azərbaycan hökumətinə ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün əsas diqqəti xarici ticarətin aparılması və tikinti üçün icazələrin verilməsi sahələrində islahatların aparılmasına yönəltməyi tövsiyə edir. «APA-Economics»in məlumatına görə, bunu DB və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən hazırlanan «Biznesin aparılması-2009» («Doing Business-2009») hesabatının müəlliflərindən olan Svetlana Baqauddinova bildirib.
S.Baqauddinovanın sözlərinə görə, Azərbaycan bu iki indikator üzrə bir sıra işlər aparmalıdır ki, gələn ilin hesabatında yüksək yerlərdə qərarlaşsın.
«Bundan başqa, DB və IFC gələn ilin hesabatı üçün yeni tədbirlər proqramı hazırlayıb ki, bu da Azərbaycana hesabatda bir qədər də yüksək yerdə qərarlaşmağa imkan yaradacaq», - deyə S.Baqauddinova qeyd edib.
«Doing Business-2009» hesabatının müəllifi həmçinin bildirib ki, DB və IFC yeni bir indikatorun hazırlanması istiqamətində də iş aparır və bu, elektrik enerjisi sahəsinə aiddir: «Çox güman ki, yeni indikator gələn ilin hesabatına daxil ediləcək».
Qeyd edək ki, «Doing Business-2009» hesabatında Azərbaycan əvvəlki ilə nisbətən 97-ci yerdən 33-cü yerə yüksəlib. Ümumilikdə, hesabatda 181 ölkə üzrə aparılan qiymətləndirmənin nəticələri əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR