Bank Of Baku

Naxçıvanın sərhəd keçid məntəqələrində «bir pəncərə» prinsipi 2009-cu ilin yanvarın 1-dən tətbiq ediləcək

Naxçıvanın sərhəd keçid məntəqələrində «bir pəncərə» prinsipi 2009-cu ilin yanvarın 1-dən tətbiq ediləcək
# 06 dekabr 2008 08:52 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın sərhəd keçid məntəqələrindən keçirilən mal və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında fərman imzalayıb. APA-nın yerli bürosunun məlumatına görə, sənədə əsasən regionun sərhəd keçid məntəqələrində «bir pəncərə» prinsipinin tətbiqi 2009-cu ilin yanvar ayının 1-dən etibarən həyata keçiriləcək. Fərmanın müvafiq bəndlərində «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Naxçıvan MR Dövlət Gömrük Komitəsinə həvalə edilib.

Yeni fərman prezident İlham Əliyevin «Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» sistemi tətbiqi haqqında» 11 noyabr 2008-ci il tarixli fərmanın icrası ilə əlaqədar imzalanılıb. Məqsəd regionun keçid məntəqələrində mal və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələrin aradan qaldırılması, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR