Bank Of Baku

Azərbaycan əhalisi istehlak mallarına çəkilən xərcləri 42% artırıb

Azərbaycan əhalisi istehlak mallarına çəkilən xərcləri 42% artırıb
# 10 dekabr 2008 07:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün səviyyəsini 15,6% üstələyərək 9,6 mlrd. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövriyyənin 16,2%-i hüquqi şəxslərin, 43,9%-i mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 39,9%-i isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşıb.
Hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 6,2 mlrd. manatlıq ərzaq, 3,4 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb və 2007-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 10% və 30,3% artıb. On bir ay ərzində əhaliyə 3 mlrd. manatlıq və ya 29,6% çox pullu xidmət göstərilib. Xidmətlərin 79,8%-i hüquqi, 20,2%-i fiziki şəxslərin payına düşüb və onlar tərəfindən əhaliyə müvafiq olaraq 36,7% və 7,5% çox pullu xidmət göstərilib.
Hesabat dövründə ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini orta hesabla 1 494,5 manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 442,5 manatlıq və ya 42,06% çox müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR