Bank Of Baku

Bakıda Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrinin təqdimatı keçiriləcək

Bakıda Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrinin təqdimatı keçiriləcək
# 10 dekabr 2008 08:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dekabr ayının 12-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Bakıda Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetovun yerli iş adamları ilə görüşü keçiriləcək.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə «Qazaxıstanın 30 Korporativ Lideri» proqramı çərçivəsində bu ölkədə həyata keçirilən infrastruktur layihələri təqdim olunacaq. Təqdimat «Şimali Qazaxıstan – Aktübinsk vilayəti» regionlararası elektrik enerjisinin məsafəyə verilməsi xəttinin tikintisi, «Astana-Şüçinsk» avtomobil yolunun tikintisi, «Qərbi Avropa – Qərbi Çin» avtomobil yolları tranzit dəhlizinin yenidən qurulması, Aktau limanının Şimal istiqamətdə genişləndirilməsi, Qazaxıstanda əczaçılıq logistika mərkəzinin yaradılması və digər layihələr ətrafında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR