2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 120 milyon manat məbləğində kreditlərin verilməsi nəzərdə tutulur
17 yanvar 2009 11:21 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın sosial-iqtisadi inkişafının davam etdirilməsi məqsədilə 2009-2013-cü illəri əhatə edəcək Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı Dövlət proqramının layihəsi hazırlanıb və yaxın günlərdə hökumətə təqdim olunacaq. «APA-Economics»-in məlumatına görə, bu barədə prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasındakı çıxışında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
2008-ci ildən sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipi üzrə təşkili nəticəsində qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayının 30 faiz artdığını qeyd edən nazir bu ildən idxal-ixrac əməliyyatlarında da “bir pəncərə” prinsipinin tətbiqinə başlanıldığını diqqətə çatdırıb. O, 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yeni istehsal və emal sahələrinin işə salınmasına təqribən 120 milyon manat məbləğində, o cümlədən 40 milyon manat qaytarılan vəsaitlər hesabına kreditlərin verilməsinin nəzərdə tutulduğunu söyləyib.
Nazir Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti dövründə qeyri-neft sektoruna 55 milyon manat məbləğində investisiya qoyuluşu həyata keçirdiyini, 600 milyon manat məbləğində əlavə investisiyanın cəlb edilməsi prosesini davam etdirdiyini vurğulayıb: “Bundan əlavə, şirkət tərəfindən 761 milyon manat məbləğində investisiya paketi üzərində iş aparılır ki, bunun da 697 milyon manatının yerli və xarici investorlar tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Şirkətin qeyri-neft sektorunun inkişafı və investorların layihələrə cəlb edilməsi sahəsində fəaliyyəti daha da təkmilləşdiriləcək və bu istiqamətdə görülən işlərin effektivliyi artırılacaq”.

Sahibkarlıq
İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı - FOTO
16:06
3 may 2024
“Berqa”dan əhvalınızı dəyişəcək layihə
12:25
3 may 2024
“Kontakt”da 70%-dək endirimli “Super günlər” başladı - YALNIZ 3 GÜN - YENİLƏNİB
11:13
3 may 2024
I rübdə Azərbaycanın TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi 1.7 mlrd. dolları ötüb
16:35
2 may 2024