Bank Of Baku

Azərbaycanda sosial dialoqun inkişaf etdirilməsinə dair Almaniya ilə əməkdaşlıq sazişi imzalanıb

Azərbaycanda sosial dialoqun inkişaf etdirilməsinə dair Almaniya ilə əməkdaşlıq sazişi imzalanıb
# 23 yanvar 2009 10:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Almaniya «Maklenburq-Worpommern» Texniki-Peşə Təhsili İnstitutu arasında «Sosial dialoq sahəsində əməkdaşlıq Layihəsi» üzrə saziş imzalanıb.
«APA-Economics»in məlumatına görə, imzalanmaya həsr olunmuş tədbirdə çıxış edən ASK-nın prezidenti Ələkbər Məmmədov vurğulayıb ki, layihənin əsas məqsədi Azərbaycanda sosial tərəfdaşlar, yəni hökumət, işəgötürənlər və həmkarlar arasında sosial dialoqun inkişaf etdirilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, üzvlərə göstərilən xidmətlərin və lobbiçilik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir.
Qeyd edək ki, hazırda Azərbaycanda bu sahədə üçtərəfli kollektiv saziş mövcuddur və bu sənəd hökumət, ASK və Həmkarlar Konfederasiyası tərəfindən hələ 2001-ci ildə imzalanıb. Lakin eyni zamanda, sosial dialoqun təşkilində Ə.Məmmədov bir sıra problemlərin, əsasən təcrübəsizliyin olduğunu vurğulayıb. Bunun aradan qaldırılması və ASK-nın həmin sahədə maddi-texniki bazasının təkmilləşdirilməsi üçün sözügedən layihədən böyük fayda gözlənilir. Maddi-texniki bazanın təkmilləşdirilməsindən başqa layihə çərçivəsində müxtəlif mövzularda seminarlar keçiriləcək.
Tədbirdə iştirak edən Azərbaycan parlamentinin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə ölkədə sosial dialoqun təşkili, o cümlədən işəgötürənlər və işçilər arasında konsensusun yaradılmasının vacibliyini xüsusi vurğulayıb. Eyni zamanda, Z.Səmədzadə qeyd edib ki, sosial dialoq tək işçilərin hüquqlarının müdafiəsi məsələləri deyil, bütövlükdə işçi və işəgötürənlər arasında münasibətləri, o cümlədən kiçik və orta sahibkarlıq sahəsində təkmilləşdirməyə xidmət etməlidir.
Layihə üç il müddətinə nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR