Bank Of Baku

Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək
# 23 yanvar 2009 13:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bakıda Azərbaycan-Belarus biznes forumu keçiriləcək. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu məqsədlə Belarusun işgüzar dairələrini təmsil edən böyük nümayəndə heyəti fevralın 2-dən 5-nə kimi Bakıda səfərdə olacaq. Belarus Ticarət-Sənaye Palatasının sədr müavini Nikolay Saxarın rəhbərlik etdiyi nümayəndə heyətinə bu ölkənin 12 iri müəssisəsinin nümayəndələri daxildir. Onlar qida və mebel sənayesi müəssisələrini, yol-tikinti texnikası, dəzgahqayırma və tikinti sektorunu təmsil edirlər. Biznes-forumla yanaşı Belarusun iş adamları Bakıda müxtəlif ikitərəfli görüşlər də keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR