Bank Of Baku

Azərbaycan işəgötürənlər təşkilatlar üçün Turində keçiriləcək seminarda iştirak edəcək

Azərbaycan işəgötürənlər təşkilatlar üçün Turində keçiriləcək seminarda iştirak edəcək
# 27 yanvar 2009 07:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 2-5-də Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə Turində (İtaliya) «Layiqli İş Ölkə Proqramı çərçivəsində işəgötürənlər təşkilatlarının fəaliyyət imkanlarının artırılması» mövzusunda seminar keçiriləcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, seminarın məqsədi işəgötürənlər təşkilatlarının nümayəndələrinin bilik və məlumatlılığının artırılmasıdır.
Tədbirdə bir sıra ölkənin işəgötürənlər təşkilatları, o cümlədən ASK-nın nümayəndələri də iştirak edəcəklər. Seminar çərçivəsində ASK-nın nümayəndələri həyata keçirilmiş fəaliyyətlə bağlı təqdimat keçirəcək.
Qeyd edək ki, Azərbaycan bu proqrama 2006-cı ilin noyabrın 15-də qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR