Bank Of Baku

Ötən il Azərbaycanda 6 867 yeni müəssisə yaradılıb, 440 müəssisə isə fəaliyyətini dayandırıb

Ötən il Azərbaycanda 6 867 yeni müəssisə yaradılıb, 440 müəssisə isə fəaliyyətini dayandırıb
# 27 yanvar 2009 09:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda 6 867 yeni müəssisə yaradılıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yaradılmış müəssisələrin 22,4%-i «Digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi», 22,1%-i «Topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri», 19,8%-i «Tikinti», 15%-i «Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi», 6,1%-i «Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı», 5,9%-i isə «Emal sənayesi» bölmələrinin payına düşüb.
Bu dövrdə 440 müəssisə və təşkilat fəaliyyətini dayandırıb, qanunvericiliyə uyğun şəkildə dövlət qeydiyyatı orqanları tərəfindən ləğv edilib və statistik vahidlərin dövlət registrindən çıxarılıb. Ləğv edilmiş müəssisələrin 15,5%-i «Topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri», hər birində 11,6% olmaqla «Nəqliyyat, anbar təsərrüfatı və rabitə» və «Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi», 11,4%-i «Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi», 11,1%-i «Digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi», 10%-i isə «Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı», qalanları isə digər bölmələrinin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR