Bank Of Baku

Azərbaycanda vergi orqanlarında qeydiyyatdan keçmiş fiziki şəxslərin sayı 275 mini keçib

Azərbaycanda vergi orqanlarında qeydiyyatdan keçmiş fiziki şəxslərin sayı 275 mini keçib
# 27 yanvar 2009 09:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda vergi orqanlarında qeydiyyatdan keçmiş, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 2009-cu ilin yanvar ayının 1-i vəziyyətinə 275 mini keçib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə fərdi sahibkarların çox hissəsi ticarət (43,3%), nəqliyyat (20,8%) və kənd təsərrüfatı (9,6%) sahələrində fəaliyyət göstərib.
Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin əsas hissəsi Bakı şəhəri (34,7%), Aran (19,4%) və Gəncə-Qazax (11,2%) iqtisadi rayonlarında cəmləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR