Bank Of Baku

Ötən il Azərbaycanda 1 800-ə yaxın kiçik dövlət obyekti özəlləşdirilib

Ötən il Azərbaycanda 1 800-ə yaxın kiçik dövlət obyekti özəlləşdirilib
# 27 yanvar 2009 11:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi sahəsində həyata keçirilən işlər nəticəsində 1 800-ə yaxın kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib, orta və iri dövlət müəssisələrinin bazasında 10 səhmdar cəmiyyəti yaradılıb. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən (DƏİEDK) məlumat verilib.
Səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı 60-a yaxın hərrac keçirilib və bu hərraclarda 125-ə yaxın səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilib.
Ötən il ərzində 800-ə yaxın müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Fiziki və hüquqi şəxslərə dövlət əmlakının özəlləşdirilməsi və mülkiyyət hüquqlarının əldə edilməsinə dair 2 700-ə yaxın şəhadətnamə verilib, 2 700-ə yaxın müəssisə və obyektlərin texniki pasportları tərtib olunub.
Ötən il ərzində 20-dək müəssisə investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib. Müqavilə şərtlərinə əsasən, müsabiqələrin qalibləri tərəfindən bu müəssisələrə 20 mln. manata yaxın investisiya qoyuluşlarının həyata keçirilməsi və 1 150-dək yeni iş yerinin açılması nəzərdə tutulur.
İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2008-ci il ərzində 52 mln. manat məbləğində investisiya qoyulub və 560 yeni iş yeri açılıb. İnvestisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 14 müəssisə üzrə mülkiyyət hüququ alıcılara keçib.
Qeyd edək ki, 2008-ci ildə «Azercell Telecom» birgə müəssisəsindəki dövlətə məxsus payın alqı-satqısına dair müqavilə imzalanıb. Həmçinin, «Caspian-American Telecommunications LLC» birgə müəssisəsinin (CATEL) nizamnamə kapitalındakı dövlətin payının özəlləşdirilməsi və «Kapital Bank» ASC-nin dövlətsizləşdirilməsi başa çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR