Bank Of Baku

Azərbaycan hökuməti sahibkarlarla görüşlər keçirəcək

Azərbaycan hökuməti sahibkarlarla görüşlər keçirəcək
# 28 yanvar 2009 07:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti ilə ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarlar arasında bir sıra görüşlərin keçirilməsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Samir Nuriyev bildirib.
S.Nuriyevin sözlərinə görə, yaxın gələcəkdə dövlətlə sahibkarlar arasında əlaqələrin yaxşılaşdırılması məqsədilə bir sıra görüş keçiriləcək: «Görüşlərin məqsədi sahibkarlar arasında seçim və qiymətləndirmə meyarlarını müəyyən etmək, ixrac imkanlarına malik olanları üzə çıxarmaq və Sahibkarlığa Kömək Milli Fondu, həmçinin Azərbaycan İnvestisiya Şirkəti vasitəsilə onlara yardım etməkdir».
S.Nuriyev həmçinin qeyd edib ki, görüşlərdən sonra müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq.
Bundan başqa, şöbə müdiri bildirib ki, kiçik və orta sahibkarlara işlərin gücləndirilməsinə dair məsləhət, məlumatlandırma, təşkilati və digər məsələlər üzrə də yardım göstəriləcək: «Bu prosesə həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu da qoşulacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR