Bank Of Baku

Azərbaycanda ötən il dövlət vəsaiti hesabına güzəştli kredit alan sahibkarların 73%-i bölgələrdə fəaliyyət göstərir

Azərbaycanda ötən il dövlət vəsaiti hesabına güzəştli kredit alan sahibkarların 73%-i bölgələrdə fəaliyyət göstərir
# 28 yanvar 2009 09:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu (SKMF) tərəfindən 2008-ci il ərzində ayrılan güzəştli kreditlərin çox hissəsi ölkənin regionlarında fəaliyyət göstərən kiçik və orta sahibkarlara verilib. Dövlət büdcəsi hesabına maliyyələşən bu kreditlərin ümumi həcmi isə ötən il 80 mln. manat təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktorunun vəzifələrini icra edən Şirzad Abdullayev bildirib.
Ş.Abdullayevin sözlərinə görə, ötən il ərzində SKMF tərəfindən 7 350 kiçik və orta sahibkarlıq subyektinə kredit verilib ki, onların 73%-i regionlarda fəaliyyət göstərir: «Ümumiyyətlə, kreditləri verərkən SKMF regionların inkişaf etdirilməsi üçün Azərbaycan bölgələrində fəaliyyət göstərən sahibkarlara üstünlük verir».
Qeyd edək ki, artıq dövlət büdcəsindən SKMF-a sahibkarlığın inkişafına 2009-cu il üçün ilk tranş - 37 mln. manat ayrılıb.
Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
Qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 300 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR