Bank Of Baku

Azərbaycan sahibkarlığın inkişaf etdirilməsi üçün xaricdən vəsait cəlb etmək niyyətindədir

Azərbaycan sahibkarlığın inkişaf etdirilməsi üçün xaricdən vəsait cəlb etmək niyyətindədir
# 28 yanvar 2009 12:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu (SKMF) xarici mənbələrdən vəsait cəlb etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktorunun vəzifələrini icra edən Şirzad Abdullayev bildirib.
Ş.Abdullayevin sözlərinə görə, xarici mənbələrdən vəsaitin ayrılması SKMF-in işinə, o cümlədən kiçik və orta sahibkarlara güzəştli kreditlərin verilməsinə müsbət təsir göstərəcək: «Xarici mənbələrdən fonda vəsait ayrılsa, verilən kreditlərin faiz dərəcələrinə yenidən baxıla bilər».
Qeyd edək ki, artıq dövlət büdcəsindən SKMF-a sahibkarlığın inkişafına 2009-cu il üçün ilk tranş - 37 mln. manat ayrılıb. Ümumilikdə isə, bu il dövlət büdcəsindən Fonda 80 mln. manatın ayrılması nəzərdə tutulub.
Xatırladaq ki, SKMF vəsaiti bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
Qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 300 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR