Bank Of Baku

Gələn ay Ammanda İordaniya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Gələn ay Ammanda İordaniya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 28 yanvar 2009 12:42 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Fevralın 25-26-da Ammanda İordaniya-Azərbaycan hökumətlərarası müştərək komissiyasının iclası keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı məlumat verib. Onun sözlərinə görə, toplantı ilə əlaqədar iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə böyük bir nümayəndə heyəti Ammana səfər edəcək. Nümayəndə heyətinin tərkibinə müxtəlif nazirliklərin vəzifəli şəxsləri daxildir. Toplantıya qatılacaq İordaniya nüamyəndə heyətinə isə ölkənin sənaye və ticarət naziri Ömər əl-Hadidinin rəhbərlik edəcəyi gözlənilir. Komissiyanın iclası çərçivəsində həmçinin İordaniya-Azərbaycan biznes-forumunun keçirilməsi nəzərdə tutulur. Səfir həmçinin Azərbaycanın təhsil naziri Misir Mərdanov və müdafiə naziri Səfər Əbiyevin İordaniyaya səfərlərinin planlaşdırıldığını deyib. Bu səfərlərin dəqiq tarixi məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR