Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Almaniyaya səfər edəcək

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Almaniyaya səfər edəcək
# 29 yanvar 2009 09:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 15-21-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndə heyəti «Sosial Dialoq Sahəsində Əməkdaşlıq» layihəsi çərçivəsində Almaniyaya işgüzar səfər edəcək.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, ASK-nın prezidenti Ələkbər Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin Almaniyaya səfərinin məqsədi Azərbaycanda sosial dialoqun inkişafı və onun səviyyəsinin qaldırılması, üzvlərə göstərilən xidmətlərin və lobbiçilik fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində qabaqcıl alman təcrübəsinin öyrənilməsi və bu sahədə Almaniya işəgötürən təşkilatları ilə fikir mübadiləsinin aparılmasıdır.
Qeyd edək ki, bu ilin yanvarın 23-də ASK ilə Almaniyanın Mecklenburq-Vorpommerne Texniki-Peşə Təhsili İnstitutu arasında «Sosial Dialoq Sahəsində Əməkdaşlıq» layihəsi üzrə 3 illik əməkdaşlıq müqaviləsi imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR