Bank Of Baku

Tiflisdə «Qafqazda və yaxın təyinat ölkələrində insan alverinin bütün formalarının müzakirəsi»nə dair beynəlxalq konfrans keçiriləcək

Tiflisdə «Qafqazda və yaxın təyinat ölkələrində insan alverinin bütün formalarının müzakirəsi»nə dair beynəlxalq konfrans keçiriləcək
# 29 yanvar 2009 10:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 18-20-də Tiflisdə (Gürcüstan) «Qafqazda və yaxın təyinat ölkələrində insan alverinin bütün formalarının müzakirəsi»nə həsr olunmuş üçtərəfli regionlararası konfrans keçiriləcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd beynəlxalq təşkilatlar və bütün maraqlı tərəflərin iştirakı ilə Qafqazda və təyinat ölkələrində insan alverinə qarsı mübarizədə ümumi yanaşmanın tətbiq edilməsi, fikir və təcrübə mübadiləsinin aparılması və tövsiyələrin hazırlanmasıdır. Konfransda Cənubi Qafqaz, Ukrayna, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Almaniya və Latviyanın nümayəndə heyətləri iştirak edəcək. Azərbaycanı bu tədbirdə ASK-nın nümayəndə heyəti təmsil edəcək.
Qeyd edək ki, tədbir Beynəlxalq Əmək Təşkilatı, Miqrasiya Siyasəti Beynəlxalq Mərkəzi, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin İnkişaf Proqramı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR