Bank Of Baku

Azərbaycanda «Avropada məhsulun təhlükəsizliyinə görə məsuliyyət direktivi»nə dair müzakirələr keçirilib

Azərbaycanda «Avropada məhsulun təhlükəsizliyinə görə məsuliyyət direktivi»nə dair müzakirələr keçirilib
# 30 yanvar 2009 06:57 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Tvinninq layihəsinin qanunvericilik komponentinə aid olan seminarda «Avropada məhsulun təhlükəsizliyinə görə məsuliyyət direktivi»nə və bu sahədə Azərbaycanın qanunvericilik aktlarının müzakirəsinə həsr olunub.
Seminarda komitənin mütəxəssisləri ilə bərabər, Ədliyyə və İqtisadi İnkişaf nazirliklərinin nümayəndələri iştirak ediblər.
Almaniyalı hüquqşünas doktor Tomas Vitrixinin apardığı seminarda istehlakçıların hüquqlarının müdafiəsi və istehsalçıların məsuliyyətinin daha da artırılması istiqamətində Azərbaycanda mövcud qanunvericilik bazasının Avropa standartlarına uyğunlaşdırılmasına dair fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR