Bank Of Baku

Azərbaycanda dövlət qurumları ilə qeyri-neft sektorunda fəaliyyət göstərən ixracatçı şirkətlər arasında görüş keçirilib

Azərbaycanda dövlət qurumları ilə qeyri-neft sektorunda fəaliyyət göstərən ixracatçı şirkətlər arasında görüş keçirilib
# 30 yanvar 2009 15:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyində aidiyyəti dövlət qurumları və qeyri-neft sektorunda fəaliyyət göstərən 60-a yaxın iri ixracatçı şirkətin nümayəndələri arasında görüş keçirilib.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, hazırkı qlobal maliyyə və iqtisadi böhran şəraitində ixracatçı şirkətlər bir sıra çətinliklərlə üzləşə bilər. Həmin çətinliklərin aradan qaldırılması məqsədilə dölət bşçısının müəyyənləşdirdiyi vəzifələrin icrası məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən Tədbirlər Planı təsdiq olunub.
Təşkil olunmuş dəyirmi masanın əsas məqsədi iri ixracatçılarla hökumət arasında fikir mübadiləsinin aparılması, ixracatçıların problemlərinin öyrənilməsi, eləcə də GSP və GSP+ proqramlarının nəzərdə tutduğu güzəştlər haqqında ixracatçıların məlumatlandırılmasıdır.
Tədbir iştirakçılarına Avropa İttifaqının GSP+, ABŞ-ın GSP proqramları, bu proqramların üstünlükləri və istifadə imkanları haqqında ətraflı məlumat verilib.
Görüşdə işgüzar mühitin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR