Bank Of Baku

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ATİB üzvləri ilə görüşüb

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ATİB üzvləri ilə görüşüb
# 02 fevral 2009 12:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri arasında görüş keçirilib.
ATİB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşün keçirilməsində məqsəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Sosial inkişaf Layihəsi», əmək qanunvericiliyi, əcnəbi vətəndaşların Azərbaycanda çalışmaları üçün zəruri olan proseduralar, işəgötürən və işçi hüquqları, dövlətin pensiya siyasəti barədə və digər məsələlər üzrə iş adamlarını məlumatlandırmaq olub.
Görüş çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev qeyd edib ki, 2007-ci ildə 1 700 nəfər əcnəbi vətəndaşa iş icazəsi verilib. Ötən ilin təkcə yanvar-fevral aylarında 1 600 nəfərə iş icazəsi verilib, ümumilikdə isə, 2007-ci il ilə müqayisədə verilən iş icazələrnin sayı 4,2 dəfə artıb.
Qeyd edək ki, tədbirdə həmçinin Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məmməd Qazıyev, pensiya siyasəti şöbəsinin müdir müavini Rüfət Mürşüdov və Dövlət Miqrasiya Xidməti hüquq şöbəsinin məsləhətçisi Cəmil Hüseynov da iştirak edərək ATİB üzvlərinin maraqlandıran suallarını cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR