Bank Of Baku

Əmmənda İordaniya-Azərbaycan biznes-forumu keçiriləcək

Əmmənda İordaniya-Azərbaycan biznes-forumu keçiriləcək
# 02 fevral 2009 13:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 24-27-də bir qrup Azərbaycan sahibkarından ibarət nümayəndə heyəti Əmmana (İordaniya) səfər edəcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, səfərin əsas məqsədi İordaniya-Azərbaycan biznes-forumunun keçirilməsidir. Azərbaycan və İordaniya sahibkarları arasında keçiriləcək ikitərəfli görüşlərdə əsasən meyvə-tərəvəz məhsullarının ixracı və idxalı məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, biznes-forum Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, «Azpromo» və İordaniya Müəssisələrin İnkişafı Korporasiyasının (JEDCO) təşkilatçılığı ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR