Bank Of Baku

Azərbaycanda son bir ayda keçirilən monitorinq zamanı uyğunluq sertifikatı olmayan 57 adda qazla işləyən məişət cihazları aşkarlanıb

Azərbaycanda son bir ayda keçirilən monitorinq zamanı uyğunluq sertifikatı olmayan 57 adda qazla işləyən məişət cihazları aşkarlanıb
# 03 fevral 2009 07:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanvarın 7-dən monitorinq keçirdiyi 142 ticarət obyektinin 29-da uyğunluq sertifikatı olmayan 57 adda xeyli sayda qazla işləyən müxtəlif təyinatlı məişət cihazları aşkarlanıb. Bu barədə «APA-Economics»ə SMPDK-nın mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda faktlar üzrə aktlar tərtib olunub, uyğunluq sertifikatları olmayan məişət cihazlarının satışını qadağan edən tələbnamələr verilib.
İstehlakçıların həyat və sağlamlığının, əmlakının qorunması məqsədilə maarifləndirmənin təmin olunması üçün monitorinqlər kütləvi informasiya vasitələrinin iştirakı ilə aparılıb.
Qeyd edək ki, SMPDK tərəfindən uyğunluq sertifikatı verilmiş qazla işləyən məişət avadanlıqları etibarlı sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR