Bank Of Baku

Minsk vilayətinin sahibkarları Azərbaycana səfər edəcək

Minsk vilayətinin sahibkarları Azərbaycana səfər edəcək
# 03 fevral 2009 11:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın bir ay ərzində Belarusun Minsk vilayətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək. «APA-Economics»in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.
Səfirin sözlərinə görə, nümayəndə heyətinin səfəri bu ilin fevral ayının sonunda – mart ayının əvvəlinə planlaşdırılır ki, hazırda bu məsələyə dair hazırlıq işləri aparılır və səfərin vaxtı müəyyənləşdirilir.
«Hazırda biz Azərbaycanla əməkdaşlıq üçün münasib və əlverişli regionlar seçirik. Məsələn, keçən il Belarus ilk dəfə olaraq Samuxdan xurmanın ixracına başlayıb», - deyə N.Patskeviç bildirib.
Səfirin sözlərinə görə, Minsk vilayətinin nümayəndə heyətinin səfəri çərçivəsində həmçinin Belarus məhsullarının sərgisi də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR