Bank Of Baku

IFC Azərbaycanda korporativ idarəetmə üzrə seminarlar keçirəcək

IFC Azərbaycanda korporativ idarəetmə üzrə seminarlar keçirəcək
# 04 fevral 2009 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC, Dünya Bankı qrupunun üzvü) Azərbaycan şirkət və banklarına korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsində köməklik göstərmək məqsədilə bir sıra seminar təşkil edəcək.
IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, seminarların mövzularına sığorta haqqında yeni qanun, təftiş komissiyası və audit komitəsi, habelə əlaqədar şəxslərlə əqdlər haqqında Azərbaycan qanunvericiliyi daxil olacaq. Seminar Azərbaycanda çalışan hüquqşünaslar üçün təşkil olunacaq. Müntəzəm keçirilən bu seminarlar hüquqşünasların korporativ idarəetmə və əlaqədar məsələlərə dair biliklərinin genişləndirilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılması məqsədi daşıyır.
Qeyd edək ki, 2005-ci ildə başlamış IFC-nin Azərbaycan Korporativ İdarəetmə Layihəsinin məqsədi Azərbaycanın səhmdar cəmiyyətlərinin və banklarının korporativ idarəetmə təcrübəsini təkmilləşdirməklə, onlara öz fəaliyyətini yaxşılaşdırmağa və maliyyə vəsaitlərinə və investisiyalara çıxış imkanlarını artırmağa köməklik göstərməkdir. Bu günədək layihə çərçivəsində 340-dan artıq şirkət və banklara korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsinə dair təlim keçirilib və korporativ idarəetmə təcrübəsinin yaxşılaşdırılması nəticəsində onlara təxminən 18 mln. ABŞ dolları məbləğində investisiyanın əldə olunmasına yardım edilib. Layihə İsveçrə hökuməti tərəfindən maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR