Bank Of Baku

Azərbaycanda aksiz markalarına tələbat artır

Azərbaycanda aksiz markalarına tələbat artır
# 04 fevral 2009 14:06 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda alkoqollu içkilər və tütün məmulatlarının ticarəti ilə bağlı aksiz markalarına tələbat artmaqdadır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, daxili istehsal və idxal ilə bağlı ölkədə 2008-ci ildə 796,5 mln. manat həcmində aksiz markası alınıb. Hesabat dövründə 2007-ci il ilə müqayisədə aksiz markalarının satışı 9,5 dəfədən çox artıb. Bunun əsas səbəbi idxal olunan alkoqollu içkilər və tütün məhsullarına tələbatın artması, eləcə də aksizlərin bahalaşması ilə bağlıdır. Xatırladaq ki, 2008-ci ilin aprelin 1-dən Maliyyə Nazirliyinin qərarı ilə alkoqollu içkilər və spirt üçün aksiz markalarının qiyməti 0,0074 manatdan 0,0080 manatadək, tütün məmulatları üçün 0,0037 manatdan 0,0040 manatadək, pivə üçün isə 0,0039 manatdan 0,0043 manatadək qaldırılıb.
Aksizlərin əsas satışı ölkəyə idxal olunan tütün məlumatları ilə bağlıdır. Belə ki, 2008-ci ildə bu növ aksizlərin payına 661,2 mln. manat və ya ümumi həcmin 83,01%-i düşür. Eyni zamanda, pivə, yeyinti spirt və spirtli içkilərlə bağlı aksiz markalarının satışı məhz daxili istehsalla bağlıdır. Bu növ aksizlərin həcmi 121,33 mln. manat təşkil edib, halbuki eyni malların idxalı ilə bağlı aksizlərin satışı yalnız 14,01 mln. manat səviyyəsində olub:

Aksiz markalarının növü

İdxal

Daxili istehsal

Cəmi

Tütün məmulatları

661,2 mln.

-

661,2 mln.

Alkoqollu içkilər

6,98 mln.

63,03 mln.

70,01 mln.

Pivə

7,03 mln.

57,6 mln.

64,6 mln.

Etil (yeyinti) spirti

-

0,7 mln.

0,7 mln.

Cəmi

675,2 mln.

121,3 mln.

796,5 mln.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR