Bank Of Baku

Belarus Azərbaycanda soyuducu istehsal etmək niyyətindədir

Belarus Azərbaycanda soyuducu istehsal etmək niyyətindədir
# 05 fevral 2009 06:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Belarus Azərbaycanda soyuducuların birgə istehsalının təşkili layihəsinin icrasına istənilən vaxt başlamağa hazırdır. «APA-Economics»in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.
Səfirin sözlərinə görə, hazırda Belarusdan Azərbaycana geniş çeşiddə soyuducular ixrac olunur: «Biz Azərbaycanda soyuducuların istehsalına hər an başlamağa hazırıq. Lakin Azərbaycan tərəfi Belarus soyuducularını almağa üstünlük verir».
Qeyd edək ki, Azərbaycanda əsası 1959-cu ildə qoyulmuş, əvvəllər Bakı Soyuducular Zavodu kimi tanınan, sonradan onun bazasında yaradılmış «Bakı Çinar Soyuducuları» ASC fəaliyyət göstərir. Hazırda müəssisədə müxtəlif növ «Çinar» soyuducuları istehsal olunur. İstehsal prosesində soyuducu sənayesində istifadə olunan ən keyfiyyətli materiallar və komplektləşdirici hissələr Almaniya, Fransa, İtaliya, Türkiyə və digər qabaqcıl ölkələrdən gətirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR