Bank Of Baku

Sverdlovsk və Stavropol vilayətlərinin sahibkarları Azərbaycana gələcək

Sverdlovsk və Stavropol vilayətlərinin sahibkarları Azərbaycana gələcək
# 05 fevral 2009 07:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel-may aylarında Bakıda Rusiyanın Sverdlovsk və Stavropol vilayətləri ilə Azərbaycan sahibkarları arasında işgüzar görüşlər keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Ticarət və Sənaye Palatasından məlumat verilib.
«Cari ilin aprel ayında sahibkarlarımız Bakıda Stavropol vilayətinin iş adamları ilə, may ayında isə Sverdlovsk vilayətinin sahibkarları ilə görüşəcək», - deyə Ticarət və Sənaye Palatasından bildirilib.
Hazırda bu görüşlərin keçirilmə tarixləri və iştirakçı şirkətlərin nümayəndələrinin siyahısı dəqiqləşdirilir.
Qeyd edək ki, sonuncu analoji görüş Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə bu ilin fevral ayının 3-də Azərbaycan və Belarus iş adamları arasında keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR