Bank Of Baku

Afinada Yunanıstan-Azərbaycan biznes-forumu keçiriləcək

Afinada Yunanıstan-Azərbaycan biznes-forumu keçiriləcək
# 05 fevral 2009 11:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 16-18-də Afinada Yunanıstan-Azərbaycan biznes-forumu keçiriləcək. Tədbir Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Yunanıstan Sahibkarlar Federasiyası tərəfindən təşkil olunacaq.
Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, biznes-forumda Azərbaycanın maliyyə, tikinti, İKT, kənd təsərrüfatı, bank və sığorta, turizm və digər sahələrdə fəaliyyət göstərən 25-30 şirkətin nümayəndələri iştirak edəcəklər.
Üç gün davam edəcək forum çərçivəsində Azərbaycan və Yunanıstan sahibkarları arasında ikitərəfli görüşlər də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR