Bank Of Baku

Azərbaycanla Belarus arasında sərmayə balansının müsbət saldosu ötən il 358 min dollar olub

Azərbaycanla Belarus arasında sərmayə balansının müsbət saldosu ötən il 358 min dollar olub
# 05 fevral 2009 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın Belarusa yatırdığı birbaşa investisiyaların həcmi 542 min ABŞ dolları təşkil edib. Bu barədə «APA-Economics»ə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç məlumat verib.
Səfirin sözlərinə görə, 2008-ci il ərzində Belarusun Azərbaycana yatırdığı birbaşa investisiyaların həcmi isə bir qədər az olub və 184 min dollar təşkil edib: «Hazırda Belarusda Azərbaycanın bir neçə restoran və mehmanxanası fəaliyyət göstərir. Bu il ərzində isə azərbaycanlı sahibkarlar tərəfindən Minskdə daha bir restoranın açılacağı gözlənilir».
N.Patskeviç həmçinin qeyd edib ki, maliyyə böhranına baxmayaraq, 2009-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin 10-15% artacağı proqnozlaşdırılır.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 111 mln. dollar təşkil edib. Yaxın bir-neçə il ərzində isə bu göstəricinin 500 mln. dollara çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR