Bank Of Baku

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sədri işgüzar səfərlə ABŞ-a gedib

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sədri işgüzar səfərlə ABŞ-a gedib
# 06 fevral 2009 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri, Azərbaycan-Türkiyə Tarix Araşdırmaları Fondunun (ATAF) Himayəçilər Şurası sədrinin müavini və Azərbaycan-Türkiyə-Amerika Fondunun (ATAF US) sədri Ahmet Erentokun ABŞ-a işgüzar səfəri başlayıb.
ATİB-dən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində A.Erentok ABŞ-ın bir sıra iri şəhərlərində Azərbaycan və Türkiyə diasporunun nümayəndələri, yerli hakimiyyət orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcək.
Fevralın 6-da A.Erentok Hyustonda Türkiyənin konsulu Ali Fındık, Türkiyə-Amerika Assosiasiyaları Assambleyasının (ATAA) Hyuston ofisinin rəhbəri Esen Erdemir və İstanbul-Hyuston Qardaş Şəhərlər Təşkilatının rəhbərliyi, habelə yəhudi cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Fevralın 7-də A.Erentok Hyuston ictimaiyyəti, o cümlədən Azərbaycan və Türkiyə diasporlarının nümayəndələri üçün məruzə ilə çıxış edəcək. Təqdimat zamanı ATAF və ATAF US-in qurulma məqsədləri və fəaliyyətləri haqqında məlumat veriləcək, qurumların ortaq hədəfləri müzakirə ediləcək. Tədbir Azərbaycan-Hyuston Qardaş Şəhərlər Təşkilatı, İstanbul-Hyuston Qardaş Şəhərlər Təşkilatı və Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) Hyustondakı ofisinin təşkilatçılığı ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR