Bank Of Baku

Azərbaycan paytaxtında II Ərdəbil ticarət və sənaye sərgisi keçirilir

Azərbaycan paytaxtında II Ərdəbil ticarət və sənaye sərgisi keçirilir
# 07 fevral 2009 10:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bu gün Bakıda İranın Ərdəbil vilayətinin şirkətlərinin iştirakı ilə II Ərdəbil ticarət və sənaye sərgisi başlayıb. APA-nın məlumatına görə, sərginin açılış mərasimində çıxış edən İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare ölkəsinin Azərbaycanla bütün sahələrdə, o cümlədən yüngül və ağır sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.

Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Bəhrəm Əliyev isə İran şirkətlərinin Azərbaycana marağını müsbət qarşıladıqlarını, əməkdaşlıq üçün münbit şəraitin olduğunu vurğulayıb. Nazir müavini aqrar sektorda yeyinti, heyvandarlıq, məhsulların qablaşdırılması, həmçinin aqrotexniki sahələrdə əməkdaşlıq üçün Azərbaycanın İran şirkətləri üçün əməkdaşlığa açıq olduğunu deyib.

Qeyd edək ki, fevralın 10-dək davam edəcək sərgiyə Ərdəbil vilayətindən 47 şirkət qatılıb. İran şirkətləri maşınqayırma, yeyinti, metallurgiya, kimya, poliqrafiya, turizm, aqrar sahə və s. təmsil edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR