Bank Of Baku

Azərbaycan və Koreyanın müəssisələri arasında İKT sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan və Koreyanın müəssisələri arasında İKT sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
# 09 fevral 2009 06:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzində «Qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində Azərbaycan və Koreyanın kiçik və orta müəssisələri arasında əməkdaşlıq» mövzusunda forum keçirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf, Nəqliyyat, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Milli Elmlər Akademiyasının, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən «RİSK», «AZEL», «Sinam», «Softline», «İntegris», «R.İ.T.A.», «Sahil İT» şirkətlərinin nümayəndələri iştirak edib. Koreya tərəfi isə bu ölkənin Azərbaycandakı səfiri Lyu Kvanq-Çul, Politexnik Universitetinin prezidenti Çoi Junyeonq, Cənubi Koreya Bilik İqtisadiyyatı Nazirliyinin direktor müavini Kim Sunae və başqaları ilə təmsil olunub.
Forumda Koreya Politexnik Universitetinin bazasında bu ölkənin Bilik İqtisadiyyatı Nazirliyinin dəstəyi ilə yaradılmış biznes-inkubatorun fəaliyyəti barədə məlumat verilib, qabaqcıl naviqasiya texnologiyalarının və Coğrafi İnformasiya Sistemlərinin təqdimatı keçirilib, bu sahədə fəaliyyət göstərən Koreya və Azərbaycan müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirdə qeyri-neft sektorunun inkişafında İKT-nin əsas prioritetlərdən olduğu qeyd edilib, kiçik və orta müəssisələrin İKT-dən istifadəsini gücləndirmək və onların fəaliyyətini dəstəkləmək məqsədilə yüksək texnologiyalar mərkəzinin yaradılması imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR