Gürcüstanın hakim partiyası seçkiqabağı proqramın təqdimatını keçirib

Gürcüstanın hakim partiyası seçkiqabağı proqramın təqdimatını keçirib
# 08 sentyabr 2016 22:50 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Sentyabrın 8-də Gürcüstanın baş naziri, “Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının sədri Giorgi Kvirikaşvili rəhbərlik etdiyi partiyanın seçkiqabağı proqramının təqdimatını keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, partiya rəhbəri G. Kvirikaşvili “Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının 4 başlıqdan ibarət proqramı olduğunu bildirib: “1)Demokratik inkişaf, 2)İqtisadi inkişaf, 3)sosial inkişaf, 4)xarici əlaqələr, təhlükəsizlik və müdafiə”.

Onun sözlərinə görə, seçkiqabağı proqrama hökumətin 4 maddədən ibarət planı daxil edilib: ”Seçkilərdə əldə edilən qələbədən sonra partiya üzərinə məsuliyyət götürür ki, Gürcüstan azad, demokratik, hüquqi, birləşmiş, güclü və çiçəklənən ölkə olacaq və hər bir vətəndaşa özünün xüsusi imkanlarını həyata keçirmək üçün bütün şərait yaradılacaq və onlar firavan həyat sürəcəklər”.

“Məqsədimizə nail olmaq üçün fundamental insan haqları müdafiə olunacaq, Avropa standartlarına yaxınlaşacaq, qanunun aliliyi, məhkəmələrin və hüquq-mühafizə orqanlarının müstəqilliyini möhkəmləndirəcəyik. KİV-lərin söz və ifadə azadlığı, hər bir vətəndaş üçün təhsil və səhiyyə əlçatan olacaq, sosial proqramlar müdafiə olunacaq, hər bir vətəndaşın mülkiyyət və əmək hüquqları yaxşılaşacaq, yeni iş yerləri yaradılacaq və yoxsulluq aradan qaldırılacaq”, - baş nazir bildirib.

Baş nazir çıxışında ölkədə iqtisadiyyatın inkişafı üçün 4 pilləli islahat planları və infrastruktur layihələrin tez bir zamanda həyata keçiriləcəyini deyib.

Baş nazir 4 il müddətində milli rifahın yüksələcəyini, kiçik və orta biznesə prioritet veriləcəyini bildirib: “Biz yeni biznes sistemi yaradacaq və kənd təsərrüfatını inkişaf etdirəcək və ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiya olunacağına çalışacaq və təhlükəsizlik mövqeyimizi möhkəmləndirəcəyik. Biz Aİ və NATO proseslərinə qoşulmaq üçün inteqrasiyanı dərinləşdirəcək və xarici siyasətimiz həmişə gündəmdə olacaq və biz işğal olunan ərazilərimizi tanımayacaq, beynəlxalq aləmi cəlb etməklə torpaqlarımızın qaytarılmasına çalışacağıq”, - deyə G. Kvirikaşvili vurğulayıb.

Baş nazir abxazlar və osetinlərlə birbaşa dialoqu və barışıq prosesini davam etdiriləcəyini qeyd edib: “Ölkəni sülh yolu ilə birləşdirəcəyik. Bunun üçün alternativ yol yoxdur. “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası bütün bunlara nail olmaq və ölkənin inkişafında sıçrayış yaratmaq üçün insanların güc və bacarığından istifadə edərək məqsədimizə çatacağıq”, - deyə baş nazir canlı yayımda bildirib.

Sonra baş nazir ona ünvanlanan sualları cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR