Paşha Bank
Bank Of Baku

Doktoranturada təhsil alan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Doktoranturada təhsil alan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək
# 19 noyabr 2026 09:58 (UTC +04:00)

22 noyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (o cümlədən əcnəbi iddiaçıların Azərbaycan dili imtahanı) keçiriləcək.

Bu barədə APA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda 253 nəfərin iştirakı nəzərdə tutulur.

Qeyd edilib ki, imtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək. Noyabrın 22-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar.

Danışıq bloku üzrə imtahan isə noyabrın 26-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR