Bank Of Baku

ARDNŞ və İran Milli Qaz İxrac Şirkəti arasında iki sənəd imzalanıb

ARDNŞ və İran Milli Qaz İxrac Şirkəti arasında iki sənəd imzalanıb
# 15 dekabr 2009 14:20 (UTC +04:00)
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində Nazir Elmar Məmmədyarov İranın xarici işlər nazir Manuçehr Mottaki, İran İslam Respublikasının Təhlükəsizlik Şurasının sədri Səyid Cəlili və İran parlamentinin sədri Əli Laricani ilə görüşlər keçirib. Səfər çərçivəsində nazir Elmar Məmmədyarovu İran prezidenti Mahmud Əhmədinejad qəbul edib. Səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə İran Milli Qaz İxrac Şirkəti arasında iki sənəd imzalanıb. Məxfilik haqqında sazişə əsasən tərəflər saziş imzalandığı tarixdən iki həftə ərzində Azərbaycanın İrana beş il ərzində və gələcəkdə uzadılması mümkünlüyü nəzərdə tutulan təbii qazın satışına dair danışıqlara başlayacaqlar. İkinci sənəd əsasən 2010-cu il qış mövsümündə Azərbaycan İrana ölkənin şimal bölgələrində istifadə üçün təbii qaz satacaq. Hər iki sənədi İran tərəfindən Milli Qaz İxrac Şirkətinin Baş meneceri S. Kasaeizadeh, Azərbaycan tərəfindən isə Dövlət Neft Şirkətinin vitse-Prezidenti Elşad Nəsirov imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR