Bank Of Baku

Gürcüstan Vergi Müfəttişliyi: “SOCAR-Gergia Petroleum”un yanacaqdoldurma məntəqələri alıcılara ən düzgün xidmət göstərən qurumdur

Gürcüstan Vergi Müfəttişliyi: “SOCAR-Gergia Petroleum”un yanacaqdoldurma məntəqələri alıcılara ən düzgün xidmət göstərən qurumdur
# 15 dekabr 2009 14:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan bazarında fəaliyyət göstərən “SOCAR-Gergia Petroleum” törəmə müəssisəsinin yanacaqdoldurma məntəqələri 2009-cu ildə bu sektorda alıcılara ən düzgün xidmət göstərən qurum olub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Gürcüstanın İri Vergi Ödəyicilərinin Vergi Müfəttişliyi tərəfindən satışın aparılmasında düzgünlüyün yoxlanılması məqsədilə ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində bir neçə reyd keçirilib. Nəticədə bu fəaliyyət növü ilə məşğul olan bütün digər şirkətlərin işində az və ya çox dərəcədə pozuntular qeydə alınıb. Müfəttişliyin məlumatlarında bildirilir ki, “SOCAR-Gergia Petroleum” ictimai təşkilatlar tərəfindən kompleks monitorinqlərin keçirilməsinə könüllü olaraq razılıq vermiş ilk və hələ ki yeganə şirkətdir.

Qeyd edək ki, bir müddət əvvəl bir neçə ictimai təşkilat SOCAR brendi ilə işləyən 3 obyektdə məhsulun keyfiyyətini və satışın düzgünlüyünü yoxlayıb. İctimai təşkilatların keçirdiyi birgə mətbuat konfransında vurğulanıb ki, “SOCAR-Gergia Petroleum” törəmə müəssisəsinin yanacaqdoldurma məntəqələrində məhsullar keyfiyyətinə görə Gürcüstan standartlarına tam cavab verir, eyni zamanda satış sayğaclarda göstərilən rəqəmlərə tam uyğun şəkildə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR