Bank Of Baku

Azərbaycan son bir ildə müdafiə təyinatlı məhsulların istehsalını 4 dəfə artırıb

Azərbaycan son bir ildə müdafiə təyinatlı məhsulların istehsalını 4 dəfə artırıb
# 16 dekabr 2009 14:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsal həcmi 4 dəfədən çox artıb. «APA-Economics»in məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Y.Camalovun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyi (MSN) fəaliyyət göstərdiyi 4 il ərzində müəssisələrin əksəriyyətində yenidənqurma işləri aparılıb. Dövlət başçısı tərəfindən cari ilin iyun ayında MSN müəssisələrinin fəaliyyətinin sağlamlaşdırılması barədə sərəncam qəbul olunub.

«Bu il MSN ilk dəfə olaraq müstəqil şəkildə Türkiyədə keçirilən İDEF beynəlxalq müdafiə sərgisinə qatılıb. Bu sərgidə 27 adda müdafiə təyinatlı məhsullar nümayiş etdirilib», - deyə Y.Camalov vurğulayıb.

Nazir onu da bildirib ki, son üç ildə MSN-in 21 obyektində əsaslı yenidənqurma işləri aparılıb.

Qeyd edək ki, MSN 2005-ci ilin dekabr ayında yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR