Bank Of Baku

Azərbaycan Rusiyaya təbii qazın nəqli üçün Bakı-Mozdok kəmərində təmir işlərini başa çatdırıb

Azərbaycan Rusiyaya təbii qazın nəqli üçün Bakı-Mozdok kəmərində təmir işlərini başa çatdırıb
# 16 dekabr 2009 20:58 (UTC +04:00)
Trest tərəfindən Hacıqabul rayonu ərazisində 1000 millimetrlik borunun korroziyaya uğramış hissəsi dəyişdirilib və həmin hissədə yeni siyirtmələr quraşdırılıb. Həmçinin, kəmərin Vəlvələçay ərazisindən keçməsi ilə bağlı problem aradan qaldırılıb. Burada 500 millimetrlik borular tam olaraq 1200 mm-lik borularla əvəz edilib və bununla da həmin məntəqədə kəmərin ötürmə gücü iki dəfə artırılıb. Bakı-Mozdok magistral qaz kəmərinin ölçü qovşaqlarının cəmləşdiyi Rusiya ilə həmsərhəd Şirvanovka stansiyasında yerləşən hissəsi yenilənib, habelə bu hissənin istiqaməti dəyişdirilib.

ARDNŞ-dən o da bildirilib ki, qaz kəmərinin yeniləşdirilmiş məntəqələrində aparılan sınaq işləri müsbət nəticələnib. Bununla da Bakı-Mozdok magistral qaz kəmərinin ölkəmizdən keçən hissəsi Azərbaycan təbii qazının Rusiyaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, bu ilin oktyabrın 14-də ARDNŞ ilə Rusiyanın «Qazprom» şirkəti arasında Azərbaycan qazının alqı-satqısına dair müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, 2010-cu il yanvarın 1-dən Azərbaycan Rusiyaya qaz ixracına başlayacaq və gələn il bu ölkəyə minimum 500 mln. kubmetr qaz satışı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR